Xəbər verdiyimiz kimi dünən Milli Şura mitinqlə bağlı təcili toplantı keçirdi. Milli Şura və AXCP rəhbərliyi yaranmış vəziyyəti və sonrakı addımları müzakirə edəcəkdi.
“Yeni Sabah”ın məlumatına görə, meriyanın mitinqə icazə verməməsi ilə bağlı Milli Şura bəyanət qəbul edib. Buna baxmayaraq növbəti atılacaq addımlar hələ bəlli deyil. 19 yanvar mitinqindən sonra meriya tərəfindən iki dəfə rədd cavabı alan Şura hələki qərarsızdır. Ehtimal olunur ki, bundan sonrakı müzakirələrdə dəqiq qərar veriləcək.
Qeyd edək ki, Milli Şura yanvarın 26-da, daha sonra 23 fevralda Bakıda "Məhsul" stadionunda "Siyasi məhbuslara azadlıq" tələbi ilə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq göndərib. Lakin Bakı Şəhər İcra Hakimiyyəti mitinqlərin keçirilməsini məqsədəuyğun saymayıb. Sezar pizza
Telegram kanalımız