Ötən gün Milli Şura mitinqlə bağlı təcili toplantı keçirdi və bəyanat yaydı.
“Yeni Sabah” xəbər verir ki, Şura yeni mitinq qərarı verib. Bu haqda Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli məlumat verib. O bildirib ki, Milli Şura martın 2-nə mitinq təyin edib:
“Xalq qovur, hökumət qaçır. Görəsən hara kimi qaçacaqlar?! Və xalqın əlindən qaçmaq əcəldən qaçmaq kimi mənasız bir işdir axı, sadəcə, bir az geci, bir az tezi var! Bu mitinqə 50 min olaraq qatılsaq, bu ölkənin havası da, suyu da, daşı da, torpağı da dəyişib daha doğma, daha sevimli olacaq. Bizim olacaq! Hodri, Meydan! Hodri, "Məhsul"!”- deyə vurğulayıb. pizza
Qeyd edək ki, Milli Şura yanvarın 26-da, daha sonra 23 fevralda Bakıda "Məhsul" stadionunda "Siyasi məhbuslara azadlıq" tələbi ilə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq göndərib. Lakin Bakı Şəhər İcra Hakimiyyəti mitinqlərin keçirilməsini məqsədəuyğun saymayıb.
Telegram kanalımız