Minimum əməkhaqqının artırılması ilə bağlı qərar qüvvəyə mindi

saytların hazırlanması

Evə çatdırılma

Minimum əməkhaqqının artırılması ilə bağlı qərar qüvvəyə mindi

Sosial

01 Mart 2019 15:27 981


Bu gündən Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği artırılıb.

"Yeni Sabah" xəbər verir ki,  8 fevral 2019-cu il tarixli Sərəncamı ilə bu gündən ölkəmizdə minimum əmək haqqı 38,4 faiz artırılaraq 180 manata və dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq 160 manata çatdırılır.  

Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 min insanı əhatə edir ki, onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım edilir. Artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ay ərzində 335 milyon manat əlavə vəsait ayrılacaq.  Marqarita pizza

Minimum pensiya məbləğinin artırılması isə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan vətəndaşı) əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz, 26 min nəfərin pensiyasında 30 faiz, 74 min nəfərin pensiyasında 16 faiz  və s. artımlar edilir. Artımın edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat,  illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!