Moskvada baş verənləri ermənilər şişirdir?

saytların hazırlanması

Evə çatdırılma

Moskvada baş verənləri ermənilər şişirdir?

Siyasət

16 Fevral 2019 16:06 1225


“Rusiyada azərbaycanlılarla çeçenlər arasındakı məsələ məişət zəminində baş verən münaqişədir. Hər yerdə və hər zaman olur. Çeçenlərlə azərbaycanlılar iki qardaş xalqdır”.

Bu sözləri “Yeni Sabah” a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.  O bildirib ki, çeçenlər yaxşı bilir ki, onların savaşı zamanı azərbaycanlılar onlara nə qədər dəstək veriblər. Həmçinin Qarabağ savaşında  nə qədər çeçen Azərbaycan tərəfdə işğalçılara qarşı savaşıb:

“Bəzən olur ki, Rusiyada azərbaycanlı öldürülür. Belə hallar olur. Sadəcə çalışmaq lazımdır ki, bundan ikinci qüvvələr istifadə etməsin. Bizim əleyhimizə olan qüvvələr yararlanmasın. Bu məsələnin üstü tez açılmalıdır ki, sonrakı illərdə belə hadisələr baş verməsin. Amma düşünmürəm ki, bu iki xalqı bir-birinə qarışdıra bilər. Bu  mümkün deyil.

Ermənilər hər zaman azərbaycanlıların başqa millətlərlə problemləri olmasında maraqlıdırlar. Mümkündür ki, Rusiyada yaşayan, erməni lobbisinə bağlı qüvvələr bu məsələni şişirtməkdə maraqlı olsunlar. Ona görə bu halların qarşısı alınmalıdır. Onların əlinə bəhanə verilməməlidir”.

E.Şahinoğlu münaqişənin həlli yollarından da danışıb:

“Bu problemin qarşısını almaq üçün hadisə ciddi araşdırılmalıdır.İkincisi, Moskvada yaşayan Azərbaycan və Çeçenistan diasporasının  nümayəndələri  görüş keçirməlidir. Üçüncüsü isə Azərbaycan rəsmiləri və Çeçenistan hakimiyyətinin təmsilçiləri müraciət etməlidilər ki, qızmış başları soyutsunlar”.

Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!