Xəbər verdiyimiz kimi keçdiyimiz gün Bakıdan havaya qalxan “Qolfstrim” biznes-jet təyyarəsi Moskvanın “Şeremetyevo” hava limanında uçuş-enmə zolağından kənara çıxıb.
"Yeni Sabah" xəbər verir ki, daha əvvəl təyyarədə olan 3 sərnişin – Azərbaycan vətəndaşı Asif Ələkbərov, Rusiya vətəndaşı Ariya Axmadova və Belarus vətəndaşı Valentina Davıdovskayanın adları açıqlanmışdı.
Kadrlardan da görünür ki, eniş zolağından çıxan təyyarənin təkərləri zədəlidir. Qəzaya da məhz bu amilin səbəb ola biləcəyi istisna edilmir. Toyuqlu pizza
Məlumat üçün xatırladaq ki, Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.
Telegram kanalımız