Motosiklet qaçıran şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Motosiklet qaçıran şəxs saxlanıldı

Kriminal

01 İyun 2026 16:47 79


Bakının Nəsimi rayonunda zərərçəkən polisə müraciət edərək “Tufan” markalı motosikletinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. İkitəkərli nəqliyyat vasitəsi isə sahibinə geri qaytarılıb. Dördpendirli pizza

Sumqayıt şəhərində isə müxtəlif vaxtlarda ayrı-ayrı iki marketdən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı S.İsgəndərzadə və 43 yaşlı İ.Hüseynzadə də polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!