Poçettino hakimləri top atəşinə tutdu

saytların hazırlanması

Evə çatdırılma

Poçettino hakimləri top atəşinə tutdu

İdman

25 Noyabr 2026 10:58 41


“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino Premyer Liqandakı hakim idarəçiliyi, komandasının mövcud durumu və heyətdəki son vəziyyətlə bağlı danışıb.

“Yeni Sabah” xəbər verir ki, ötən qarşılaşmadakı mübahisəli epizodlara toxunan argentinalı mütəxəssis VAR sisteminin fəaliyyətini kəskin tənqid edib:

"Premyer Liqada VAR texnologiyası varsa, keçən oyunda nə işə yarayırdılar? Niyə var idilər? Belə şeylər olmamalıdır. Doğru qərar vermək üçün bir az gözləmək lazımdır". ShopByBro

Poçettino Dominik Sobozlayın vurduğu qolun qeydə alınmasına etiraz edərək epizodda qayda pozuntusu olduğunu vurğulayıb. Onun sözlərinə görə, Barkola canlı səddə dayanan futbolçunu itələyib:

"Sobozlayın qolu qeydə alınmamalı idi. Çünki Barkola bizim canlı səddəki oyunçunu itələmişdi. Bu, qayda pozuntusudur. Bilmirəm, yəqin mən Amerikaya gedəndən burada qaydalar dəyişib".

Komandasının hazırkı çıxışını da dəyərləndirən təcrübəli çalışdırıcı zəif rəqib olmadıqlarını və ötən mövsümü 3-cü pillədə başa vurduqlarını xatırladıb. O, futbolda bəzən fərqli səbəblərdən belə halların yaşandığını, problemi müəyyənləşdirərək vəziyyəti düzəldə biləcəklərinə inandığını qeyd edib.

Poçettino zədəsini sağaldan Lyuk Şounun sıraya döndüyünü, lakin onun qarşıdakı görüşə start heyətində başlayıb-başlamayacağına son durumunu dəyərləndirdikdən sonra qərar verəcəklərini bildirib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!