Noyabrın 25-də Azərbaycanın bir sıra rayonlarında yağış və güclü külək müşahidə olunur.
“Yeni Sabah” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin saat 10:00-a olan məlumatına əsasən, Qusar, Zaqatala, Qax, Ağstafa, Gəncə, Şəmkir, Xınalıq, Quba, Balakən, Şəki və Oğuzda yağış, Şahdağda isə arabir qar yağır.
Bununla yanaşı, ölkənin bəzi ərazilərində şimal-qərb küləyi güclənib. Elektronika məhsulları
Küləyin maksimal sürəti Gəncə və Tovuzda 24, Zəngilanda 23, Ağstafa, Bakı və Abşeron yarımadasında 20, Goranboyda 19, Zaqatala, Daşkəsən, Lerik və Naftalanda 18, Sabirabad və Kəlbəcərdə 17, Tərtər, Şəmkir və Gədəbəydə 16, Şəkidə isə 15 m/s-dək çatıb.
Aytac Əliyeva
Telegram kanalımız