Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

Sosial

25 Noyabr 2026 10:35 65


Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti ləğv edilib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev qərar imzalayıb.

Qərara əsasən, “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman ləğv edilib. Bakıda online alış-veriş

Muxtar Respublikada Xidmətin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi prosesinin aparılması məqsədilə 5 gün müddətində İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Arxiv İdarəsi və Xidmət nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyasının yaradılması və ləğvetmə prosesinin nəticəsi barədə Nazirlər Kabinetinə məlumat təqdim edilməsi qərarda öz əksini tapıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!