Naxçıvanla bağlı bu qərar deputatı hiddətləndirdi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanla bağlı bu qərar deputatı hiddətləndirdi

Siyasət

24 Noyabr 2026 11:36 206


Milli Məclisin plenar iclasında çıxış edən deputat Fazil Mustafa Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanın azaldılmasının mövcud şəraitdə doğru addım olmadığını bildirib.

"Yeni Sabah" xəbər verir ki, parlamentari qeyd edib ki, Naxçıvana quru yolları açılmadıqca muxtar respublikaya ayrılan maliyyə dəstəyinin azaldılması məqsədəuyğun hesab edilə bilməz.

Yaxın gələcəkdə TRIPP layihəsinin icrasının Naxçıvanla nəqliyyat əlaqələrinin qurulması və muxtar respublikanın hərtərəfli inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayan deputat dövlət büdcəsində Naxçıvana ayrılan dotasiyanın 98 milyon manat nəzərdə tutulmasının ötən illə müqayisədə 6,4 faiz azalma demək olduğunu diqqətə çatdırıb. İnternetdən sifariş

 F.Mustafanın qənaətincə, hazırkı nəqliyyat-kommunikasiya məhdudiyyətləri Naxçıvanda iqtisadi canlanmaya və müxtəlif layihələrin icrasına maneə yaratdığı üçün bu məsələyə yenidən baxılmalıdır.

Muxtar respublikada işsizlik və sosial problemlərin də ciddi narahatlıq doğurduğunu bildirən parlamentari xüsusilə səhiyyə sahəsindəki kadr çatışmazlığına və yerli sakinlərin müalicə üçün Bakıya gəlməkdə üzləşdikləri çətinliklərə toxunub. O vurğulayıb ki, Naxçıvana gediş-gəliş imkanları məhdud qaldığı müddətdə dotasiyanın azaldılması əvəzinə, artırılması imkanları nəzərdən keçirilməlidir.

Deputat həmçinin müalicə məqsədilə paytaxta gələn xəstələrin Bakıya ödənişsiz gediş-gəlişini təmin edəcək xüsusi mexanizmin yaradılmasını təklif edib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!