Onlar vəzifədən azad edildilər

saytların hazırlanması

Evə çatdırılma

Onlar vəzifədən azad edildilər

Siyasət

24 Noyabr 2026 18:01 97


Gəncədə iki həkim vəzifəsindən azad edilib.

"Yeni Sabah" xəbər verir ki, Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın baş həkimi İlqar Əliyev işdən çıxarılıb.

Onun Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı aşkarlanan nöqsanlar səbəbindən vəzifədən kənarlaşdırıldığı ehtimal olunur. Online shopping Azərbaycan

Həmçinin, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Zülfüqar Məmmədov adına 3 nömrəli Xəstəxananın baş həkimi Türanə Abdullayeva da vəzifəsindən azad edilib.

T.Abdullayeva iki il əvvəl bu vəzifəyə təyin olunub. Onun vəzifədən uzaqlaşdırılmasının TƏBİB tərəfindən aşkarlanan nöqsanlarla bağlı olduğu ehtimal edilir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!