Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar   - ANBAAN GÖRÜNTÜLƏR

saytların hazırlanması

Evə çatdırılma

Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - ANBAAN GÖRÜNTÜLƏR

Hadisə

24 Noyabr 2026 19:18 124


Noyabrın 20-də Dubay-Bakı aviareysi ilə gələn sərnişinlər, o cümlədən Azərbaycan Respublikası vətəndaşı Eldur Hüseynov Gömrük Məcəlləsinin 92-2.6-cı maddəsinə əsasən gətirdikləri əşyaların gömrük nəzarətindən keçirilməsi üçün gömrük baxışına dəvət olunublar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Gömrük baxışı prosesində vətəndaş Eldur Hüseynov özü ilə gətirdiyi əşyaları gömrük nəzarətinə təqdim etməkdən imtina edib. Bununla da gömrük nəzarəti prosesinin həyata keçirilməsini çətinləşdirib və kəskin surətdə aqressiya göstərməklə etiraz edib. Yaranmış hal əşyaların yoxlanması və eyniləşdirilməsində çətinliklər yaratdığından gömrük nəzarəti prosedurlarının gecikdirilməməsi məqsədilə ona məxsus əşyalar digər gömrük nəzarəti zonasına yönləndirilib. Sərfəli qiymətə məhsullar

Vətəndaş etik davranış qaydalarına riayət etmədiyindən müvafiq akt tərtib olunaraq hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bununla yanaşı, Eldur Hüseynovla Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bir neçə dəfə görüş keçirilib və məsələ ətraflı müzakirə edilərək gömrük qaydaları barədə məlumat verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!