Müğənni vəfat edən sənət yoldaşından danışdı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Müğənni vəfat edən sənət yoldaşından danışdı - Video

Şou

28 Dekabr 2020 16:39 1128


“Sabir müəllim böyük sənətkar idi. Onun ruhu qarşısında baş əyirik, amma vəziyyəti başa düşmək lazımdır. Sabah mən də yıxılıb ölə bilərəm, mənim ailəm deyə bilməz ki, niyə gəlmədilər”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Əlikram Bayramov ARB telekanalında yayımlanan “Hüseynova Bacıları” verilişinində qonaq olarkən deyib.

O koronavirusdan dünyasını dəyişən Xalq artisti Sabir Əliyev barədə danışıb: pizza hut

“Qanunla yığışmağa icazə verilmir. Kimisə ya mən, ya da məni kimsə yoluxdura bilər. İnsanda vicdan hissi yaxşı şeydir. Uçuruma gedirsənsə özünlə ətrafdakıları aparmaq olmaz. İnsanlar yaşamaq istəyir. Biz yaşamaq istəyirik, nə yaşımız var ki? Mən nəvəmin toyunu görmək istəyirəm, Şuşanı gəzmək istəyirəm. Mən əzizini itirmək nədir yaxşı bilirəm. Sabir müəllim də bizim əzizimiz idi, amma o deməzdi ki, yığılın gəlin, mənimlə birlikdə ölün. Bunu istəməzdi. Bu xəstəlik insanı ölümə aparır”.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!