Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi dövlətin həyata keçirdiyi sosial siyasət kursunun prioritet istiqamətidir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin həlli ilə bağlı silsilə addımlar atılıb, müvafiq sərəncam və fərmanlar imzalanıb.
Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilməsi səbəbsiz deyil. Şəhid ailələri və qazilər cəmiyyətin həssas təbəqəsidir və ona görə də bu həssas təbəqəyə daxil olan şəxslərin sosial problemləri daim diqqət mərkəzində saxlanılmalıdr.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, 44 günlük Vətən müharibəsində 3000-ə yaxın döyüşçümüz şəhid olub. Bu müharibədə yaralananların ümumi sayı isə 11 min nəfərdən çoxdur. Marqarita pizza
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 44 günlük Vətən müharibəsində yaralanmış 3 min nəfərə yaxın qaziyə müxtəlif əlillik dərəcəsi verilib.
Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərə sosial ödənişlər edilir, sağlamlıqlarını itirmiş hərbiçilər protezlərlə təmin olunur, reabilitasiya mərkəzlərində müalicəsi həyata keçirilir. Müalicəsi ölkəmizdə mümkün olmayan yaralılar Türkiyəyə göndərilir.
Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etmək lazımdır.
Təəssüf ki, bir sıra hallarda vətən uğrunda canını qurban verənlərin ailələri və sağlamlığını itirənlərlə bağlı xoşagəlməz hallara da rast gəlinməkdədər. Bəzi hallarda mənzil və avtomobil bölgüsündən kənarda qalanlar, müalicəsi unudulanlar, iş tapmaqda çətinlik çəkənlər, psixoloji problem yaşayanlar, hansısa məmur bürokratiyası üzündən incidilənlər həssas təbəqədən olanlarda küskünlük, dövlətə inamsızlıq yaradır.
Bu problemləri nəzərə alsaq, onların mətbuat vasitəsilə işıqlandırılması, müvafiq dövlət qurumlarının diqqətinə çatdırılması böyük ictimai əhəmiyyət kəsb edir.
Bu proses necə həyata keçirilməlidir? Müharibə əlillərinin problemləri mətbuatda işqılandırılarkən hansı məqamlara diqqət eytirilməlidir?

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli deyib ki, əlillər haqqında məqalə hazırlamağın xüsusi şərtləri mövcuddur. Ekspert qeyd edib ki, peşəkar xəbər istehsalçılarının, jurnalistlərin ictimaiyyət üçün hazırladıqları materiallarda nəzərə almalı olduqları bir çox tələblər övcuddur. Bu tələblər xəbərin, müsahibə və reportajın strukturundan, dil və üslub xüsusiyyətindən başlamış onun məzmununa qədər müxtəlif sahələri əhatə edir: "Ən çox diqqət yetirilən məqam isə yayımlanan materialın məzmunu ilə bağlıdır. Struktur, dil və üslub xüsusiyyətləri, estetik çırçivələrlə bağlı standartlar jurnalistin, KİV qurumunun özünə lazımdır. Hazırlanmış və yayımlanmış məqalə estetik baxımdan kamil, dil baxımından sadə olarsa, məqalə cəlbedici görünür, jurnalistə və məqaləni yayımlayan KİV subyektinə əlavə auditoriya qazandırır. Yəni, bu standartalara əməl etmək məqaləni hazırlamış jurnalist, onun yayımlamış KİV subyektinin özü üçün daha çox gərəklidir. Amma hazırlanmış və yayımlanmış məqalənin məzmun baxımından kamil olması, standartlara uyğun hazırlanması təkcə onu hazırlayan jurnalistin və KİV subyektinin deyil, həm də materialda adı keçən obyektlərin, həmçinin, oxucunun marağındadır. Hazırlanmış və ictimailəşdirilmiş materialın məzmunu məsələsi ictimai diqqətdə olur, hər kəs tərəfindən izlənilir. Bu baxımdan informasiyanın məzmunu üzrə tələblər həm qanunvericilikdə, həm də jurnalistlər üçün tərtib edilmiş “Etik Kodeks”lərdə öz əksini tapır. Qnunlar tərtibat baxımından böyükdürlər, KİV subyekti, journalist və onların hazırladıqları məhsulun məzmunu, strukturu, təşkilati forması ilə bağlı bütün təfərrüatı əks etdirirlər. Kodekslər isə yığcam oluralar: əsasən, jurnalistin həssas yanaşmalı olduğu mövzularla bağlı prinsipləri əks etdirirlər.Məsələ ondadır ki, bəzi mövzular jurnalistdən xüsusi yanaşma tələb edirlər. Nümunə olaraq terror aktları, dövlət sirri, hərbi sirr, şəxsi həyat, uşaq hüquqları, təqsirsizlik prizumpsiyası və sair kimi mövzuları misal göstərmək olar. Bu kimi mövzularda informasiya hazırlamaq üçün jurnalist və KİV subyektləri qarşısında əlahiddə tələblər qoyulur ki, həmin tələblər qanunlarla yanaşı, “Etik Kodeks”lərdə də əks olunurlar".
Müşfiq Ələsgərli bildirib ki, jurnalistlərdən, KİV subyektindən hassas yanaşması tələb edilən mövzulardan biri də əllillərdir. Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında(AJPDQ) bu məsələyə toxunulur. AJPDQ-nın 3-cü prinsipi: “PRİNSİP 3: Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlanır və orada .jurnalistlərin həssas yanaşmalı olduqları insan qruplarının təsnifatı verilir. Orada göstərilir ki, “3.1. Jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə, sosial durumuna… görə pisləməməli,onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır”. Nəzərə ala ki, əlillər də xüsusi sosial zümrədirlər və AJPDQ sosial zümrələrə xüsusi həssaslıqla yanaşmanı zəruri sayır:
"Eyni prinsip beynəlxalq statuslu “Etik Kodeks”lərdə də əks edilib. Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) mərkəzi ofisi Brüsseldə yerləşir. Dünyanın 141 ölkəsində təmsilçisi, yerli üzv təşkilatları vardır. 600 mindən çox jurnalisti öz əhatəsində birləşdirir və bu baxımdan dünyanın ən böyük jurnalist təşkilatı hesab olunur. İFJ-nin əsas missiyalarından biri də KİV-də etik standartları müəyyən etmək və stimullaşdırmaqdır. İFJ beynəlxalq statusa malik olan “Jurnalistlərin davranış kodeksi ”-ni hazırlayıbdır. Bu kodeks, hadisələri təsvir edərkən məlumat və xəbərlərin toplanması,ötürülməsi,yayılması və şərh olunması işi ilə məşğul olan jurnalistlərin professional davranış standartı kimi qəbul edilir. Kodeksin 7-ci bəndində göstərilir ki, “Jurnalist irqi, cinsi, qeyri-ənənəvi oriyentasiya, dil, din, siyasi və digər fikirlər, milli və sosial mənşəyə görə ayrı-seçkilik hallarının qarşısını almaq üçün səy göstərməlidir”. Burada sosial zümrələr deyəndə fiziki imkanları məhdud olan insanlar da nəzərdə tutulur. Mövzu İFJ-nin digər sənədlərində inkişaf etdirilibdir. Beynəlxalq Jurnalistlər Federasiyası digər sənədlərində həssas sosial zümrələrin təsnifatını daha dəqiq veribdir. Bu sırada təşkilat tərəfindən hazırlanan təlimatlar, bələdçilər diqqət çəkirlər. İFJ həmin sənədlərdə uşaqları, əlilləri və digərlərini xüsusi hssas zümrələr kimi təsnifatlaşdırıb. İFJ-nin “Əlillərdən müsahibə götürməyin şərtləri” adlı xüsusi təlimatı da mövcuddur. Təlimatda deyilir: “Hər seydən əvvəl yadda saxlayın ki əlillər də ilk öncə insandırlar. Əlillikdən əziyyət çəkən şəxsin əlavə çatışmazlıqlarının olması mütləq hal deyildir. Onlara hörmət və həssaslıqla, layiqli tərzdə davranın. Onlara müraciət edərkən sadə səs tonunuzdan istifadə edin…”. Təlimat bu ruhda davam edir və əlillərdən müsahibə almağın, onlar barədə məqalə yazmağın bütün şərtlərini ehtiva edir".
JuHİ sədri bildirib ki, təlimatda diqqət çəkən məqamlardan biri də, bu mövzuda hazırlanan məqalələrdə sui-istifadə hallarına yol verilməsinin tənqid edilməsidir. Təlimatda deyilir: “Əlillərdən alınmış müsahibələri fərqli məqsədlər üçün istifadə etmək yolverilməzdir. Onların narahtlıqları vardır. Təbii ki, narazıdırlar, fərqli istiqamətlərdə uyğun olmayan fikirlər səsləndirə bilərlər. Jurnalist bundan sensassiya və gəlir götürmək üçün istifadə etməməlidir. Bütün diqqətini onların probleminin həllinə yönəltməlidir. Söhbət müharibə əlillərindən gedirsə, xüsussilə diqqətli olmaq və mövzuya həssa yanaşmaq lazımdır”.
Təəssüf hissi ilə qeyd edilməlidir ki, bu gün Azərbaycanın bəi KİV subyektlərində, xüsusən sosial şəbəkə platformalarının Azərbycan seqmentində yayılan xəbərlərdə əlillər mövzusundan sui-istifadə hallarına rast gəlinir, bu sahədə hazırlanan xəbərlərdə milli və beynəlxalq kodekslərin tələbləri ciddi şəkildə pozulur. Xəbər hazırlayanlar əlillərin problemlərinin həllindən daha çox, özlərinin maraqlarını düşünür, sensassiya yaratmağa çalışırlar. Bu yanaşma Şəhid ailələrinə münasibətdə də özünü bariz şəkildə göstərir.
Ə.Məhəmmədoğlu
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır.

Telegram kanalımız