Multukultural rəngarəngliyin bəzəyi: Azərbaycan tatları haqqında nə bilirik?

saytların hazırlanması

Evə çatdırılma

Multukultural rəngarəngliyin bəzəyi: Azərbaycan tatları haqqında nə bilirik?

Mədəniyyət

09 İyul 2026 12:49 31


Azərbaycanın çoxəsrlik etnik palitrasında özünəməxsus yer tutan, qədim və zəngin mədəniyyətə malik xalqlardan biri də tatlardır.

Əsasən Abşeron yarımadasında, həmçinin Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı və İsmayıllı kimi bölgələrdə məskunlaşan bu xalq, Azərbaycanın multikultural dəyərlərinin və tarixi rəngarəngliyinin ayrılmaz bir parçasıdır.

Tatların mənşəyi və bu torpaqlara gəlişi sirlərlə və maraqlı tarixi faktlarla doludur. Tarixi qaynaqlar və tədqiqatlar göstərir ki, tatların formalaşması və Şimali Azərbaycana köçürülməsi əsasən Sasani imperiyası dövrünə, yəni IV–VI əsrlərə təsadüf edir. Sasanilər öz imperiyalarının şimal sərhədlərini, xüsusən də mühüm strateji nöqtə olan Dərbənd keçidini köçəri tayfaların hücumlarından qorumaq üçün farsdilli əhalini bu bölgələrə köçürülüb. Dördpendirli pizza

Zaman keçdikcə bu tayfalar yerli alban və digər qədim Qafqaz xalqları ilə qaynayıb-qarışaraq bugünkü tat etnosunu formalaşdırmışlar. Maraqlıdır ki, "tat" ifadəsi ilkin dövrlərdə etnik addan ziyarəti, oturaq əhalini və ya qeyri-türk dillərində danışan qrupları ifadə etmək üçün istifadə olunmuş, sonradan isə konkret bir xalqın adına çevrilib.

Tatların mədəniyyəti həm öz qədim köklərini qoruyub saxlamış, həm də əsrlər boyu birgə yaşadıqları Azərbaycan türklərinin mədəniyyəti ilə sıx və harmonik şəkildə çarpazlayıb. Hind-Avropa dil ailəsinin İran dilləri qrupuna daxil olan tat dili bu gün də bu xalqın nümayəndələri tərəfindən məişətdə yaşadılır. Lakin tatlar ikidilliliyi ilə seçilirlər; onlar öz ana dilləri ilə yanaşı, Azərbaycan dilini də mükəmməl şəkildə mənimsəmiş və ölkənin ictimai-mədəni həyatına böyük töhfələr verib.

Tat mədəniyyətinin ən parlaq təzahürlərindən biri memarlıq və sənətkarlıq ənənələridir. Xüsusilə Quba və Xızı bölgələrindəki qədim tat kəndlərində daş memarlığının nadir nümunələrinə rast gəlinir. Daşdan tikilmiş mülklər, qədim qalalar və hamamlar bu xalqın inşaat mədəniyyətinin yüksək səviyyəsindən xəbər verir. Eyni zamanda, xalçaçılıq, dulusçuluq və dəmirçilik də tatların tarixən məşğul olduqları və nəsildən-nəslə ötürdükləri sənət növləridir. Quba xalçaçılıq məktəbinin formalaşmasında tat xalçaçılarının və toxucularının rolu əvəzsizdir.

Ənənələr və məişət tərzi tatların etnik kimliyini qoruyan ən mühüm amillərdəndir. Əkinçilik, bağçılıq (xüsusən üzümçülük və zəfərançılıq) və maldarlıq bu xalqın ənənəvi təsərrüfat həyatının əsasını təşkil etmişdir. Xüsusilə Abşeron tatlarının zəfəran yetişdirmə mədəniyyəti və bu bitkinin həm mətbəxdə, həm də xalq təbabətində istifadəsi xüsusi bir elmdir. Tat mətbəxi də zənginliyi ilə seçilir.

Un məmulatlarından hazırlanan xəngəl, gürzə, həmçinin müxtəlif növ plovlar və göyərti xörəkləri tat süfrəsinin bəzəyidir. İsmayıllının Lahıc qəsəbəsində yaşayan və tat dilinin fərqli bir ləhcəsində danışan lahıclar isə öz misgərlik sənətləri ilə dünyada tanınırlar və bu sənət bu gün də UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında yer alır.

Mənəvi dünyagörüşünə gəldikdə isə, bu gün Azərbaycan tatlarının mütləq əksəriyyəti İslam dininə (əsasən şiəlik, bəzi bölgələrdə isə sünnilik məzhəbinə) etiqad edir. Bununla yanaşı, Azərbaycanda sayca az olsalar da, dağ yəhudiləri (cuhuro) kimi tanınan və tat dilinin fərqli bir dialektində danışan qrup da mövcuddur ki, onlar da tat mədəniyyətinin dini və etnik müxtəlifliyinin bir göstəricisidir.

Dinindən asılı olmayaraq, bütün tatlar əsrlər boyu formalaşmış ortaq adət-ənənələrə, toy və yas mərasimlərinə sahibdirlər. Baharın gəlişini tərənnüm edən Novruz bayramı tatlar arasında xüsusi təntənə ilə qeyd olunur, od üstündən tullanmaq, səməni yetişdirmək kimi qədim ayinlər icra edilir. Bu gün tatlar Azərbaycanın bərabərhüquqlu və dəyərli vətəndaşları olaraq öz qədim irslərini yaşadır, ölkənin vahid mədəni mozaikasını daha da zənginləşdirirlər.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!