Azərbaycanda 17 yaşlı qız toyuna günlər qalmış sığınacağa müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 17 yaşlı qız toyuna günlər qalmış sığınacağa müraciət etdi

Sosial

30 Avqust 2026 18:17 148


Azərbaycanda 17 yaşlı qızın məcburi şəkildə evləndirilməsinə cəhd edildiyi bildirilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, gənc qızın sentyabrın 20-də toyunun keçirilməsi planlaşdırılıb. Lakin o bu evliliyə razı olmayaraq sığınacağa müraciət edib. Dördpendirli pizza

Kəmalə Ağazadə hadisənin necə baş verdiyini belə təsvir edib:

"17 yaşlı qızın sentyabrın 20-də toyu olacaqdı. Olmayacaq".

Məlumata görə, qızın valideynləri cehiz almaq üçün "Sədərək" Ticarət Mərkəzinə gediblər. Bu zaman o, taksiyə minərək sürücüdən onu Kəmalə Ağazadənin sığınacağına aparmasını xahiş edib.

"Qız taksi sürücüsünə deyib ki, "Pulum yoxdur, Kəmalə xanımın sığınacağına apar, orada verəcəklər". O da gətirib...", - deyə paylaşımda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!