Baş Prokurorluq hansı məscidi nəzərdə tutub? - Xəbərdarlığın səbəbi bilindi -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Baş Prokurorluq hansı məscidi nəzərdə tutub? - Xəbərdarlığın səbəbi bilindi - VİDEO

Sosial

29 Avqust 2026 13:31 243


Baş Prokurorluğun Mətbuat xidmətindən Buzovnada dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrində qanunsuz yenidənqurma işləri aparıldığına dair bəyanatında konkret ünvan göstərilməyib.

“Yeni Sabah” xəbər verir ki, prokurorluq Mədəniyyət Nazirliyindən daxil olmuş məlumatlar əsasında cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparıldığını bəyan edib.

“Buzovna qəsəbəsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan məsciddə müvafiq razılaşdırma aparılmadan yenidənqurma işlərinin görüldüyü aşkarlanıb” - deyilsə də, dini ibadətgahın adı dəqiqləşdirilməyib. Dominos pizza

“Aşkar edilmiş qanun pozuntularının təkrarlanmasının qarşısının alınması məqsədilə həmin əməllərə yol vermiş şəxslərə prokuror təsir aktı olan xəbərdarlıq elan olunub”, - deyə prokurorluğun məlumatında daha sonra qeyd olunub.

“Yeni Sabah”a danışan Buzovna sakini, Əməkdar artist Mirzə Ağabəyli bildirib ki, sözügedən yenidənqurma işlərinin aparıldığı yer Buzovna Cümə Məscidinin ərazisi olub.

“4 aydır ki, qazıntı işləri aparırdılar. Deyirdilər ki, afalt çəkiləcək, onun üçündür. Qazırdılar, örtürdülər, təzədən qazırdılar. Camaat məscidə gedə bilmirdi. Məscidin həyətinə maşınla girib-çıxmaq mümkün deyildi. Sakinlər əziyyət çəkirdi. Dünəndən, avqustun 28-dən etibarən işlər dayandırıldı”, - deyə M.Ağabəylu vurğulayıb.

Buzovna Cümə Məscidinin axundu Soltan Əlizadə məsələyə münasibət bildirməsə də, məscidin 2009-cu ildə aparılan bərpa işlərindən sonrakı açılışı ilə bağlı görüntülər paylaşıb.

 

Xatırlatma: Cümə Məscidinin inşasına 1896-cı ildə başlansa da, 1900-cü ildə məscidinin tikintisi yarımçıq qalıb. 1918-ci ildə tikinti işlərinə yenidən başlansa da, tam yekunlaşmayıb.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

2007-ci ilin fevral ayında məscidin bərpasına başlanılıb. Bərpadan sonra 2009-cu il dekabrın 19-da məscidin açılışı baş tutub.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!