Rafael Leao “Qalatasaray”da: 38 milyon avroluq transferin detalları

saytların hazırlanması

Evə çatdırılma

Rafael Leao “Qalatasaray”da: 38 milyon avroluq transferin detalları

İdman

30 Avqust 2026 17:57 86


"Qalatasaray" portuqaliyalı vinger Rafael Leaonun "Milan"dan transferi ilə bağlı detalları açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, "Qalatasaray" ulduz futbolçunun transferi üçün İtaliya klubuna 38 milyon avro ödəyəcək. pizza mizza

Müqavilənin şərtlərinə əsasən, "Qalatasaray" Rafael Leao gələcəkdə başqa kluba satarsa, transferdən əldə ediləcək gəlirin 20 faizi "Milan"a ödəniləcək.

Qeyd edilir ki, portuqaliyalı futbolçu ilə dördillik müqavilə imzalanıb. Rafael Leao hər mövsüm üçün 10 milyon avro maaş alacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!