Zelenski Rusiyanın hücumu ilə bağlı   YENİ RƏQƏMLƏRİ AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Rusiyanın hücumu ilə bağlı YENİ RƏQƏMLƏRİ AÇIQLADI

Dünya

30 Avqust 2026 15:08 91


Rusiyanın Kiyev vilayətinin Buça rayonunun Mila kəndindəki anbarlara endirdiyi zərbə və ardınca baş verən partlayış nəticəsində həlak olanların sayı 38 nəfərə çatıb. Daha dörd nəfər itkin düşmüş hesab olunur.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin "Telegram" kanalında paylaşdığı məlumatda bildirilib.

Prezidentin sözlərinə görə, Mila kəndində Rusiya zərbəsinin nəticələrinin aradan qaldırılması istiqamətində işlər fasiləsiz davam etdirilir. Xilasedicilər yanğınların böyük hissəsini söndürməyə müvəffəq olublar. pizza mizza

Hadisə yerində, həmçinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları partlayıcı təhlükəli əşyaları aşkarlayır və zərərsizləşdirirlər.

"Ərazinin çirklənmə miqyası əhəmiyyətlidir. İkisi uşaq olmaqla, daha 20 nəfər xəsarət alıb. Dörd nəfər itkin düşmüş hesab olunur. Onların axtarışı davam edir", - deyə Zelenski bildirib.

Dövlət başçısı qeyd edib ki, rusiyalılar təkcə bu həftə ərzində Ukraynaya 2 minə yaxın zərbə dronu, 1 600-dən çox aviabomba və müxtəlif tipli 31 raket, o cümlədən Şimali Koreya istehsalı olan ballistik raket buraxıblar.

Xatırladaq ki, avqustun 28-i axşam saatlarında Rusiya ordusu Kiyev vilayətinin Buça rayonundakı anbarlara dronlarla zərbə endirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!