Milli Şura fevralın 23-də saat 15-dən 17-dək Məhsul stadionunda mitinq keçirmək barədə qərar qəbul edib.
“Yeni Sabah” xəbər verir ki, Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib.
"Mitinqin əsas tələbləri siyasi məhbusların azad edilməsi, xalqdan oğurlanmış pulların xalqa qaytarılması, milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlərin dövlət tərəfindən ödənilməsi, yəni soyğunçu bank borclarının ləğv edilməsi, uşaq pullarının verilməsi və başqa demokratik çağırışlardan ibarətdir”. Sezar pizza
Bundan öncə, Milli Şura yanvarın 26-da Bakıda "Məhsul" stadionunda "Siyasi məhbuslara azadlıq" tələbi ilə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib. Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirlməsini məqsədəuyğun saymayıb.
Telegram kanalımız