Nadir Qafarzadədən “Xalq artisti” alanlara sərt etiraz: “Haqq-ədalət...”   + Foto

saytların hazırlanması

Evə çatdırılma

Nadir Qafarzadədən “Xalq artisti” alanlara sərt etiraz: “Haqq-ədalət...” + Foto

Şou

21 Oktyabr 2019 16:54 20372


Xəbər verdiyimiz kimi, bu gün Əməkdar artistlər - Röya Ayxan, Miri Yusif və Tünzalə Ağayevaya "Xalq artisti" adı verilib.

"Yeni Sabah" xəbər verir ki, həmkarlarının fəxri ad alması müğənni Nadir Qafarzadəni qəzəbləndirib.

Sosial şəbəkədə video paylaşan tanınmış ifaçı sərt fikirlər səsləndirib. O, paylaşdığı videoya aşağıdakı sözləri yazıb: pizza sifarişi

"Bir daha dünyaya gəlmək şansım olsaydı, haqq-ədalət olmayan ölkədə doğulmaq istəməzdim".

İzləyiciləri isə paylaşıma şərh yazaraq Nadirə dəstək olublar. Onlar müğənniyə heç bir fəxri adı olmasa da, xalqın sevimlisi olduğunu, milyonların sevgisini, hörmətini qazandığını deyərək təsəlli veriblər.

Bir neçə dəqiqə sonra isə Nadir bu paylaşımı İstaqramdan silib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!