2024-cü il sentyabr ayının 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
İndiyə kimi, bir sıra partiya sədrləri hansı dairədən namizədliklərini irəli sürəcəklərini bildiriblər.
Amma hələ gözləyən, tərəddüd edən partiya liderləri də var. Pepperoni pizza
VI çağırış Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı necə, namizədliyini irəli sürəcək?
Modern.az-ın əməkdaşı bu suallar Sabir Rüstəmxanlıya müraciət edib.
O, saytımıza bildirib ki, başı partiyanın seçkilərdə iştirakı məsələsinə qarışıb:
"Mən hələ partiyanı fikirləşirəm. Partiyanın bütün işlərini yoluna qoyduqdan sonra özümün namizədliyimi irəli sürmək barədə fikirləşəcəm. Hələlik bu barədə düşünməyə zamanım yoxdur".
Telegram kanalımız