Naxçıvanda iki vəzifəli şəxs işdən çıxarıldı 

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda iki vəzifəli şəxs işdən çıxarıldı 

Sosial

25 Avqust 2023 10:58 458


Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri və Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi işdən azad olunub. 

Yenisabah.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Məcid Seyidov əmr imzalayıb. 

Əmrə əsasən, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri Tahir Məmmədli vəzifədən azad edilib. Eyni zamanda, digər əmrlə Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov da işdən azad olunub.  Dominos pizza

Məcid Seyidovun əmrinə əsasən, Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin yeni rəisi də təyin edilib. Bu vəzifəyə Tahir Məmmədli təyinat alıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!