Naxçıvanda Xocalı soyqırımının iyirmi yeddinci ildönümü qeyd olunub.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. NMR Ali Məclisinin sədri Vasif Talıbov soyqırımı abidəsinin önünə gül qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.
Nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri, ictimaiyyətin nümayəndələri də erməni vəhşiliklərinin qurbanı olmuş soydaşlarımızın xatirəsini yad edib, soyqırımı abidəsinin önünə gül qoyublar. pizza
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Telegram kanalımız