“Naxçıvanın akademiki, deputatı, tərbiyəsiz naziri...” – BAXCP-dən sərt açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Naxçıvanın akademiki, deputatı, tərbiyəsiz naziri...” – BAXCP-dən sərt açıqlama

Siyasət

28 Fevral 2019 00:27 1843


BAXCP sədri Qüdrət Həsənquliyevlə bağlı Naxçıvan Muxtar Respublikasının rəhbərliyində təmsil olunan şəxslərin silsilə yazılarla çıxış etməsinə partiya sədrinin müavini Niyaməddin Orduxanlı cavab verib.

“Yeni Sabah” xəbər verir ki, N. Orduxanlı bildirib ki, NMR-nın büdcəsi qalıb bir kənarda, bu, “şərbazlar” müxtariyyatdan danışır: “Yəni demək istəyirlər ki, bizi müzakirə etməyin pul verin xərcələyək. Bu açıq şəkildə şantajdır! Ona görə də məqsədli şəkildə muxtariyyat məsələsi qabardılır! Kim deyib müxtariyyat ləğv olunsun?! Elmi adınızdan, yaşınızdan, başınızdan utanın! Ayıbdır, çox ayıbdır!”.

N. Orduxanlı bildirib ki, əslində Q. Həsənquliyevə qarşı hücumların əsas səbəbi deputatın Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının ödədiyi vergi Gömrük Komitəsi vasitəsilə toplanan vəsaitin daxil yerli büdcənin cəmi 21.7% təşkil etməsini açıqlaması olub: “Naxçıvan dotasiya hesabına yaşayır. Naxçıvanın boşalmaması üçün yeni iş yerlərinin açılmasını , iqtisadiyyata əlavə investisiyaların qoyulmasını təklif edib. Bunun üçün xüsusi dövlət proqramının qəbul olunmasının zəruriliyini qeyd edib. Qüdrət bəy ümumiyyətlə Naxçıvan Muxtar Respublikasının rəhbərliyindən kimsəni bir cümlə ilə belə nəinki təhqir, heç tənqid də etməyib. Ancaq buna baxmayaraq Qüdrət bəyi nazir, deputat, akademik, politoloq, jurnalist , zəhmətkeşlər , YAP-ın Naxçıvan rəhbərliyi və s. şəxslər hər gün durmadan təhqir edirlər. Sakitləşmək bilmirlər. İndi , məni bir məqam düşündürür. Hakimiyyətdə YAP-dır. Və YAP-ın sədri həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Niyə Naxçıvanda atasına heykəl qoydurulan, atasının adı məktəbə verilən birisinin agenti olan Vidadi İsgəndərlinin, Milli Şuranın sədri Cəmil Həsənlinin, Qurban Məmmədovun təhqirlərinə cavab verilmir və ya verdirilmir?! Bunun səbəbi nədir?! Bəs niyə Naxçıvan rəhbərliyi susur?! Axı söhbət onların lideri İlham Əliyevdən və onun ailə üzvülərindən gedir. Görünür, özlərini “uzaq hədəflərə” hazırlayanların maraqlarına uyğundur ki, Prezident İlham Əliyevə qarşı bu cür iyrənc kampaniya aparılsın. Bu olmasa idi, Naxçıvanın tarixçı akademiki, rəssam deputatı, tərbiyəsiz naziri və s. muzdurları bir dəfə də söyüş söyənlərə cavab verərdilər”. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!