Naxçıvanın bu ərazilərində yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanın bu ərazilərində yanğın oldu

Hadisə

04 Avqust 2024 23:52 1052


Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayonu Qızılca kəndində biçilmiş taxıl sahəsində, Naxçıvan şəhər Nazim Hikmət və Şəhriyar küçələrində, Babək rayonu Cəhri qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrində yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Yenisabah.az xəbər verir ki, məlumatlarla əlaqədar dərhal Naxçıvan şəhər, Babək və Culfa Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!