Nazir ana olan 13 yaşlı məktəblidən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Nazir ana olan 13 yaşlı məktəblidən danışdı

Sosial

07 Sentyabr 2022 14:21 1025


Elm və təhsil naziri Emin Əmrullayev Bakıda 13 yaşlı məktəbli qızın körpə dünyaya gətirməsi və bu dövrdə məktəbdən yayınması məsələsinə münasibət bildirib.

Yenisabah.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında məsələ ilə bağlı istintaq orqanları tərəfindən araşdırılma aparıldığını vurğulayıb.

O qeyd edib ki, bu, nazirliyin səlahiyyətinə aid olan məsələ deyil: "Araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Əgər bizimlə bağlı olan məsələ olsa, ölçü götürəcəyik". pizza mizza

Qeyd edək ki, ötən gün Sabunçu rayonundan ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub.

Hazırda ana və körpənin vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir. Uşağın çəkisi 3 600 qramdır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!