Nazir korrupsiya ilə bağlı xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir korrupsiya ilə bağlı xəbərdarlıq etdi

Rəsmi

16 Fevral 2019 02:27 1089


Ədliyyə naziri Fikrət Məmmədov Xaçmaz regional ədliyyə idarəsində Xaçmaz, Quba, Qusar  və digər rayonlardan olan vətəndaşların qəbulunu keçirib.

“Yeni Sabah” xəbər verir ki, qəbul zamanı hər bir vətəndaş dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. 

Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının işi ilə tanış olub, bu sahədə fəaliyyətə cəlb olunmuş gənc könüllülərlə görüşüb, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib. Pepperoni pizza

Nazir müşavirədə dövlət başçısının tələbləri səviyyəsində, o cümlədən innovativ metodlar tətbiq edilməklə səmərəli təşkili, könüllülük institutunun ədliyyə sahəsində daha geniş təşviqi, habelə vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tapşırıq və tövsiyələr verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!