Nazir müavini tikinti şirkətinin prokurorluğa verilməsindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Nazir müavini tikinti şirkətinin prokurorluğa verilməsindən danışdı

Sosial

28 Fevral 2019 01:49 1166


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı-Sumqayıt yolunda şam ağaclarının kütləvi qurudulması məsələsinə münasibət bildirib.

Nazir müavini Firdovsi Əliyev sözügedən ərazidə ağacların qurudulması və kəsilməsi ilə bağlı Nazirlik tərəfindən artıq bir müddət əvvəl tədbir görüldüyünü bildirib.

Onun sözlərinə görə, həmin əraziyə Nazirliyin əməkdaşları tərəfindən baxış keçirilib və araşdırma aparılıb. “Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci km-də yaşıllıq ərazidə 21şam ağacının qəsdən qurudulması, aşması və kəsilməsi faktı aşkar edilib. Məlum olub ki, ərazidə “Xalq city” MTK tərəfindən tikinti işləri aparılır. Faktla bağlı akt tərtib edilib və təbiətə 8240 manat məbləğində ziyan hesablanıb”. Sezar pizza

F.Əliyev qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi, təqsirkarlara qanunvericilik çərçivəsində cəza tədbirlərinin təyin edilməsi üçün toplanmış materiallar Abşeron Şəhər Prokurorluğuna göndərilib.

Nazir müavini bildirib ki, ərazi Nazirlik tərəfindən nəzarətə götürülüb və bioloji inkişafda olan ağaclara zəruri aqrotexniki qulluq göstərilməsi, qurumuş ağacların yerinə yenilərinin əkilməsi barədə tapşırıq verilib”.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!