İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə şahmat turniri keçirilir.
“Yeni Sabah” xəbər verir ki, turnir dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi münasibətilə təşkil olunub. Belə ki, İqtisadiyyat Nazirliyi Aparatının və tabeliyindəki qurumların əməkdaşları arasında şahmat turnirinə start verilib.
Nazirliyin 30-dan çox əməkdaşının iştirak etdiyi yarışlara martın 9-da yekun vurulacaq. pizza
Telegram kanalımız