Nazirlikdən səhər işə gedənlərə XƏBƏRDARLIQ - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən səhər işə gedənlərə XƏBƏRDARLIQ - VİDEO

Sosial

25 Fevral 2021 09:22 554


Bakıda bu gecə də bəzi yollar buz bağlayıb.

“Yeni Sabah” BAKU TV-yə istinadən xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumları var gücü ilə işləyib.

Çəkiliş zamanı qar təmizləyən texnikalarla rastlaşmasaq da gördükləri işlərin izinin şahidi olduq. Ancaq nədənsə, bəzi küçələr unudulmuşdu. Bununla yanaşı, yolların işıqsız olması da daha bir təhlükəli vəziyyət yaradıb. Sezar pizza

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə əhalini hava ilə bağlı xəbərdar edib. Belə ki, gecə saatlarında havanın temperaturu 9 dərəcə şaxtaya kimi enib. Bu səbəbdən səhər işə gedən insanlar ehtiyatlı olmalıdırlar.

Səhər saatlarında yolların buz bağlaması səbəbindən əhali və sürücülər hərəkət edərkən diqqətli və ehtiyatlı davransınlar. Ehtiyac olmadıqda küçəyə çıxmasınlar, şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!