“Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”-   Xalq artisti QƏZƏBLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

“Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ

Şou

04 İyun 2025 16:45 22659


“Birini mən deyirəm, 5-ni cavab qaytarır. Özlərinin instaqram və feysbukda tulaları var”.

Bu sözləri “Yenisabah.az-a açıqlamasında  Xalq artsiti Şeyx Əbdül Mahmudbəyov deyib. O Nəfəsin gündəm olan çıxışından -  şəhid şəkilləri qarşısında rəqs etməyindən danışıb:

“Mən deməkdən, danışmaqdan yorulmuşam. Artıq dövlət bu işə müdaxilə etməlidir. Bayağı və səsi olmayan müğənnilərlə doldurulan efirlərlə bağlı cinayət işi açılmalıdır. Buna şərait yaradan insanlar cəzalandırılmalıdır. Nəfəs və digərlərində günah yoxdur. Günah bizdədir ki, bu cür eybəcər hallara qarşı dinib-danışmırıq”. Dördpendirli pizza

Xalq artisti belə müğənnilərin cəzalandırılmasını təkidlə tələb edir:

“Cəza hökmü yoxdur. Yer yiyəsiz olanda donuz təpəyə çıxır. Belə bir misal var. Ona görə də artıq bu özbaşınalığı, rüsvayçılığı, mədəniyyətimizə, musiqimizə, əxlaqımıza vurulan ziyanı sözlə yoluna qoymaq mümkün deyil. Artıq çox ciddi cəza üsulları tərtib edilməlidir. Efirlərə belə oxuyanları buraxmamaq lazımdır. Ayda bir-iki nəfər yaxşı sənəti olan şəxslər verilişlərə dəvət edilməlidir. Kütləvi sürətdə meyxanalaşmış mahnılar, ağızlarına gələn sözlər və s. bunlarla mübarizə aparmaq üçün dövlət səviyyəsində ölçü götürülməlidir. Televiziya kanallarına “dur” demək lazımdır. Pul qazanmaq üçün nə rüsvayçılıq varsa, edirlər. Milli Məclis ciddi sürətdə bununla bağlı qərar verməli, cəza üsulları təqdim edilməlidir”.

Aytac Əliyeva  


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rena
    Tamamile dogru deyirsiniz Ebdul bey. Milletin geleceyi exlaqsizliga dogru iri addimlarla irelileyir, chox teessuf. Bunun qarshisini almaq lazimdir.
    11 months ago