Neft Fondunun illik açıqlaması niyə gecikir?

saytların hazırlanması

Evə çatdırılma

Neft Fondunun illik açıqlaması niyə gecikir?

İqtisadiyyat

25 Fevral 2019 12:38 1180


“Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il üzrə gəlir və xərclərinə dair məlumatı ötən il fevral ayın 8-də açıqlamışdı. Bu gün artıq fevralın 25-dir, amma nədənsə həmişə məlumatları vaxtında açıqlayan ARDNF hələ də 2018-ci il üzrə gəlir və xərclərinə dair məlumatı ictimaiyyətə təqdim etməyib”. 

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu bildirib. O, deyib ki, ARDNF İcraçı direktorunun 13 mart 2017-ci il tarixli 3 nömrəli Sərəncamı ilə təsdiq edilmiş informasiya siyasətinin məqsədinə uyğun olaraq, qanunvericiliklə və bu sənədlə açıqlanması nəzərdə tutulan bütün məlumatların vaxtlı-vaxtında, dəqiq və düzgün formada açıqlanmasının və ictimaiyyət üçün əlçatan olmasının təmin edilməsi Fondun əsas vəzifələrindən biridir: “Görünən odur ki, xüsusilə də dövlət idarəçiliyində ildən ilə irəli getmək əvəzinə geriləyirik.

Məlumat üçün qeyd edim ki, ARDNF tərəfindən gəlirlər və xərclərə dair sonuncu açıqlama 4 ay 10 gün bundan öncə 16 oktyabr 2018-ci ildə ötən ilin 9 aylıq yekunları üzrə olub”. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!