Bu gün Azərbaycan kubokunda yarımfinalın cavab oyunlarına start verilib.
Yenisabah.az xəbər verir ki, "Neftçi" "Turan Tovuz"u qəbul edib. İlk oyunda 0:1 hesabı ilə uduzan Bakı klubu cavab görüşündə 2 cavabsız qolla finala çıxıb.
Matç olduqca drammatik alınıb. 90 dəqiqə ərzində "Neftçi"nin vurduğu 2 qol VAR-da baxıldıqdan sonra ləğv edilib. "Ağ-qaralar" matça əlavə edilmiş 8 dəqiqə ərzində inanılmaz geridönüşə imza atıblar.
Komanda bərabərlik qolunu 90+3-də, qələbə qolunu isə 90+8-ci dəqiqədə vurub.
Sabah isə "Səbail" - "Qəbələ" oyunu keçiriləcək.
Azərbaycan kubokunun finalı iyunun 3-ü oynanılacaq.
26 aprel
20:00. "Neftçi" - "Turan Tovuz" - 2:0
Qol: Emin Mahmudov, 90+3, Sayef, 90+8
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, İnqilab Məmmədov
“Bakcell Arena”
İlk oyun - 0:1
Telegram kanalımız