Nərimanovda avtomobil qaçırılıb

saytların hazırlanması

Evə çatdırılma

Nərimanovda avtomobil qaçırılıb

Kriminal

26 Fevral 2019 16:30 946


Nərimanov rayonu ərazisində avtomobil qaçırılıb.

DİN-dən “Yeni Sabah”a verilən məlumata əsasən, “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Tərtər rayon sakini V.Abbasov fevralın 25-də saat 10 radələrində Nərimanov rayonu ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

Dərhal 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə F.X.Xoski prospektində aşkar edilib. Marqarita pizza

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini C.Əhmədli saxlanılıb.

Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!