“Nərimanov“da sahibsiz çantaya görə təşviş yarandı

saytların hazırlanması

Evə çatdırılma

“Nərimanov“da sahibsiz çantaya görə təşviş yarandı

Sosial

08 Avqust 2022 14:52 903


Bu gün metroda 2 nəfərin “TikTok” sosial şəbəkəsinə video çəkmək məqsədilə vaqonda təşviş yaratması ilə bağlı məlumat yayılıb. 

Yenisabah.az qafqazinfo-ya xəbər verir ki, hadisə saat 12:00 radələrində metronun “Nərimanov” stansiyası istiqamətində baş verib.

2 gənc oğlan əllərində olan çantanı yerə atıb qaçıblar. Nəticədə qatardakı sərnişinlər arasında təşviş yaranıb.  Marqarita pizza

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, vaqonda olan sərnişinlərdən biri orada sahibsiz zənn etdiyi çanta barəsində rabitə vasitəsilə maşinistə məlumat verib:

“Dərhal dispetçerin tapşırığına əsasən stansiya növbətçisi polis əməkdaşı ilə birgə vaqona baxış keçirib. Məlumat verən qadın onlara çantanı göstərib. Lakin bu zaman məlum olub ki, əşyanın sahibi bir qədər aralıdakı sərnişindir. “TikTok” çəkilişi ilə bağlı nəsə olmayıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!