Nişanlısını qətlə yetirən şəxsin məhkəməsi başlayır
13 Yan 2021 11:00
156

Nişanlısını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən Valeh İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenisabah.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Siyavuş Hacıyevin icraatına verilib.

İttihama görə, ötən il sentyabrın 4-də saat 22.00 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən yataqxanada yaşayan Mehriban Cabbarovanın bıçaqlanaraq öldürülməsi, anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla zərərçəkmişlərin tanışı Valeh İsgəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mehriban Cabbarovaya bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə, sonuncunun anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyənləşib. Valeh İsgəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Məlum olub ki, Valeh İsgəndərov Mehriban Cabbarovanın nişanlısı olub. Onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman qız nişanı qaytarmaq istəyib. Bundan qəzəblənən Valeh İsgəndərov bıçağa əl atmalı olub.

İstitaq orqanı tərəfindən Valeh İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər