Müğənni Kərim Abbasov Xalq artisti Fatma Mahmudovaya sərt sözlər ünvanlayıb.
“Yeni Sabah” xəbər verir ki, ifaçı F.Mahmudovanın “Türkan kimdir, o nə vaxtdan müğənni olub?” deməsinə əsəbiləşib:
“Fatma xanım, siz niyə belə qurdlusunuz? Niyə yaşınıza, başınıza sayğı ilə yanaşmırsınız? Müsahibə vermisiniz ki, orada Niyam, Kəmalə və Murad Dadaşovdan başqa heç kimi tanımırdınız? Siz deyilsiz ki, o boyda millətin içində dəfələrlə deyən ki, “Kərim, sənin “Mənə bir az ondan danış” mahnısı hər zaman ağladıb məni, depressiyaya salıb?!” Ramala dünənə kimi “balam” deyirdiz, indi tanımırsınız? “Mən gənclərə dəstəyəm” deyən qadın, bu nə danışıqdır? pizza
Oraya gələn gündən hamıda qıcıq yaradırdınız. Amma bizlər gənc olaraq sizə hörmət edib, sizi oyundan uzaqlaşdırmırdıq. Baxmayaraq ki, hamının əsəblərini korlayırdız.
Türkana qalanda isə, çox da gözəl müğənnidir. Siz tanımasanız heç nə dəyişmir. Yaxşı ki, bu “Bacanaqlar” seriali çıxdı, Fatma xanım, sizi bu millət tanıdı. O zamana kimi mən də sizi tanımırdım. Bir az sayğılı olun. “Maşın” qurtardı, dincəlin”.
Qeyd edək ki, hər iki sənətçi hazırda davam edən "Maşın" şounun iştirakçısı olublar.
Əsmətxanım
Telegram kanalımız