Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər davam edir.
“Yeni Sabah” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqçılıq üzrə mütəxəssisləri tərəfindən növbəti görüş Göyçay, Goranboy, Göygöl, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Daşkəsən, Balakən, Zaqatala, Şəki və Qax rayonlarının nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə keçirilib.
Nazirliyin mütəxəssisləri sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişaf perspektivləri, yüksək məhsuldarlığın əldə olunması yolları və keyfiyyətli yem təchizatının təmin olunması ilə bağlı məsləhətlər verib, onların problemlərini dinləyib və həlli yollarını müzakirə edərək sahibkarlara müvafiq tövsiyələr verib. pizza hut
Telegram kanalımız