Norveçdə Rusiya gəmisinə həbs qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Norveçdə Rusiya gəmisinə həbs qoyuldu

Dünya

03 Sentyabr 2026 02:02 45


Norveç məhkəməsi Ukraynanın “Naftoqaz” şirkətinin müraciəti əsasında Rusiyanın “Professor Molçanov” elmi-tədqiqat gəmisini Şpitsbergendə həbs edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Şpitsbergen qubernatorunun rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, Nord-Tröms dairə məhkəməsinin qərarı ilə Barensburqda (Şpitsbergen) lövbər salmış Rusiya gəmisinə həbs qoyulub. Pepperoni pizza

Qərara əsasən, Şpitsbergen qubernatorunun müvafiq qərarı verilənədək gəminin hazırkı yerini tərk etməsinə icazə verilmir. Bildirilib ki, gəminin həbsi “Naftoqaz”ın Krımdakı aktivləri ilə bağlı arbitraj qərarının icrasını təmin etmək məqsədilə görülən tədbirdir.

Qeyd edək ki, “Professor Molçanov” 2025-ci ilin iyunundan Şpitsbergenə müntəzəm yük-sərnişin reysləri həyata keçirir. Gəmi bu il mart ayında Murmanskdan arxipelaqa ilk səfərinə çıxıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!