“Oğlum dünyaya gəlib“ -   Zamiq Hüseynov ata oldu

saytların hazırlanması

Evə çatdırılma

“Oğlum dünyaya gəlib“ - Zamiq Hüseynov ata oldu

Şou

02 Noyabr 2019 09:12 1200


Müğənni Zamiq Hüseynov ata olması illə bağlı xəbərlərə reaksiya verib.

“Yeni Sabah” xəbər verir ki, tanınmış ifaçı mətbuata açıqlama yayaraq bir müddət əvvəl evləndiyini, 1 ay bundan əvvəl oğlunun dünyaya gəldiyini etiraf edib: 

“Mənə tez-tez ailəmlə, şəxsi həyatımla bağlı suallar ünvanlanır. Mediada olan bütün dostlarım bilir ki, özəl həyatımla bağlı danışmağı sevmirəm. Bu, təkcə özümə aid deyil, eyni zamanda, valideynlərim, yaxınlarım və qohumlara da aiddir. Bir müddətdir ki, ata olub-olmamağım həm saytlarda, həm də sosial şəbəkələrdə müzakirə olunur. Əzizlərim, ümid edirəm ki, məni başa düşərsiz ki, şəxsi həyatımı gizlətmək, bu barədə danışmamaq kimi bir haqqım var. Bu mənim xarakterimdən irəli gələn bir məsələdir.  Marqarita pizza

Bəli, bu gün isə etiraf edirəm. Mən rəsmi şəkildə bir müddət əvvəl ailə qurmuşam. Və bu nikahdan bir aya yaxındır ki, oğlum Zeyn dünyaya gəlib.  

Bilirəm, bu xəbərə sevinənlər çoxdur, amma mən yalnız yaradıcılığımla müzakirə olunmağı sevdiyim üçün, sizdən ata olmağım və ailəmlə bağlı mövzularda həssas davranmağınızı xahiş edirəm”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!