Oksana: “Bir valideyn kimi yalvarıram”

saytların hazırlanması

Evə çatdırılma

Oksana: “Bir valideyn kimi yalvarıram”

Şou

20 Sentyabr 2024 15:25 624


“Xahiş edirəm, bir valideyin kimi yalvarıram, bu uşağa və o 3 saylı uşaq evində olan uşaqlara kömək edin".

Yenisabah.az xəbər verir ki, aktrisa və prodüser Oksana Rəsulova instaqram səhifəsində sözügedən dəhşətli hadisəyə münasibət bildirib.

O, Prezidentə, Birinci xanıma və adiyyatı qurumlara müraciət ünvanlayıb:  Sezar pizza

"Bu uşağın ağrısını, iç əzabını, işgəncələrini eşidək, görək, əziz dəyərli Azərbaycan xalqı. Axı hər bir vətəndaş belə uşaqların valideynidir. Xahiş edirəm bu məsələ ilə maraqlanın. Hər zaman beləuşaqlara dəstək olmusunuz. Polis, bunu araşdırın və cəzalandırın o “qansız” müəllimləri. Elə bil onların evdə uşaqları yoxdur. Siz qansızlar necə Allahdan qorxmursunuz. Quranda yazılıb ki, yetimi incitmə, ona əzab vermə, günahdır”.

Xatırladaq ki, özünü Ramal kimi təqdim edən yeniyetmənin “Səni axtarıram” verilişinə pənah gətirərək qaldığı uşaq evindən şikayətlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!