Olimpiadanın açılışı olmayıb, amma yarışlar başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Olimpiadanın açılışı olmayıb, amma yarışlar başlayıb

İdman

02 Fevral 2022 17:42 718


Pekin-2022 Qış Olimpiya Oyunları start götürüb.

Yenisabah.az xəbər verir ki, açılış mərasimi fevralın 4-də baş tutacaq yarışda bəzi iştirakçılar mübarizəyə bu gündən başlayıb.

Kirşə idmanında kişilərin fərdi yarışında mübarizə aparan idmançılar birinci test yürüşünə çıxıblar. Məşq xarakteri daşıyan kirşəçilər üçün bu çıxış yarış öncəsi rəsmi sınaqdır. Dominos pizza

Bu gün kerlinqdə mübarizə aparan qarışıq cütlər qrup mərhələsində ilk turun görüşlərinə çıxacaq.

Daha 4 qarşılaşmada İsveç Böyük Britaniya, Avstraliya ABŞ, Norveç Çexiya, Çin İsveçrəni sınağa çəkəcək.

Sabah hokkey, dağ xizəyi, tramplindən xizəklə tullanma, fristaylda da yarış və ya rəsmi məşqlər baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!