“Ölsəm, bu qızlardan biri ilə ailə qur” - Ağır xəstəliyə tutulan aktrisamızdan ərinə vəsiyət - Video

saytların hazırlanması

Evə çatdırılma

“Ölsəm, bu qızlardan biri ilə ailə qur” - Ağır xəstəliyə tutulan aktrisamızdan ərinə vəsiyət - Video

Şou

11 Dekabr 2019 20:12 1806


Həyatında xərçənglə üz-üzə qalan, mübarizə aparıb onu yenən azsaylı xanımlardan biri də aparıcı-aktrisa Zümrüd Qasımovadır.

“Yeni Sabah” xəbər verir ki, o xəstəliyi barədə “news24”ə danışıb. Xanım aktrisa xərçənglə mübarizə apardığı vaxtlarda həyat yoldaşının hər zaman yanında olmasından bəhs edib: “Övladım yoxdur, amma iki qız uşağını övladlığa götürməyi düşünürəm. Yoldaşım dərrakəli, müdrik, nəzakətli, alicənab bir insandır.

Əməliyyatımın üçüncü günündə yaramı dəyişməyə gəlmişdilər, mənə baxırdı. Utandım, dedim, mənə baxma. Dedi, sən mənim üçün hər zaman gözəlsən. Yoldaşım bundan sonra hansı addımı atsa da, o ağır günlərimdə mənimlə olduğu üçün ömrüm boyu minnətdar olacağam. 10 gün xəstəxanada yataqda olduğum müddətdə o yanımda, kresloda oturdu, bir dəqiqə belə məndən ayrılmadı. Mən onun borcundan çıxa bilmərəm. Reanimasiyadan çıxanda özümdə olmamışam. Rəngim göm-göy, bədənim buz kimi olub. Yoldaşım səhərə kimi yorğanın altına nəfəs verib məni isitməyə çalışıb. Pepperoni pizza

Tibb bacılarına alt paltarımı belə dəyişməyə imkan verməyib. Mən xəstə yatanda qızlara baxıb deyirdim ki, əgər ölsəm, onlardan biriylə ailə qurarsan, tək qalmazsan”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!