“Onlar kimi evimi, maşınımı satıb, Türkiyəyə xərcləməyəcəm“   - Namiqdən atmacalı sözlər - Video

saytların hazırlanması

Evə çatdırılma

“Onlar kimi evimi, maşınımı satıb, Türkiyəyə xərcləməyəcəm“ - Namiqdən atmacalı sözlər - Video

Şou

02 Noyabr 2019 13:03 1114


Meyxanaçı Namiq Qaraçuxurlu Türkiyə şou-biznesinə qatılır.

"Yeni Sabah" xəbər verir ki, sənətçi bu haqda "Zaurla Günaydın" verilişində deyib. O bildirib ki, təklif qardaş ölkədən gəlib.

Namiq bildirib ki, qarşı tərəflə şərt kəsib. Türkiyədə məşhurlaşmaq üçün pul xərcləyən sənət adamlarına söz atan meyxanaçı bu layihəyə heç bir maddi yatırım etməyəcəyini söyləyib: pizza hut

"Mənimlə böyük layihə etmək istəyirlər. Həyata keçirə bilsək, yaxşı olacaq. Türkiyədə də meyxana dinləniləcək. Təklifi alanda mənə qəribə gəldi. İlk onu dedim ki, bəzi sənətçilərimiz evini, maşının satır gedir. Fikirləşməsinlər ki, mən də onlara pul verəcəm.

Bizim bəzi sənətçilərimiz onları belə öyrəşdiriblər. Mən onlara pul verən deyiləm. Buna da ürək lazımdır. Gücüm çatsa, edərəm. Amma artıq pulum yoxdur ki, verim, özümü Türkiyədə reklam edim".

Qeyd edək ki, Xalq artistləri Aygün Kazımova, Röya Ayxan Türkiyədə məşhurlaşanlar sırasındadır. /axşam.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!