“Maşın” realiti-şousunda dünən iştirakçılar arasında yenə gərginlik yaşanıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə efir zamanı kadrlar göstərilib.
Həmin materialda görünür ki, aktrisa Fatma Mahmudova oyundan çıxmaq istəməyib və ona qarşı qurulan oyunlardan narahat olub. Bu zaman Ramal onu açıq oynamamaqda ittiham edib və tərəflər arasında gərginlik yaşanıb. Marqarita pizza
Türkanın Niyamdan açıq oynamaq təklifi qarşı tərəfi özündən çıxardıb, Niyam özünə qarşı hörmət tələb edib. O, özünə qarşı kimdənsə, şərəf və layaqətinə qarşı artıq-əskik söz eşidərsə, fikrini dəyişəcəyini bildirib.
Qeyd edək ki, şounun gedişi zamanı heç kimin gözləmədiyi anda aktrisa Fatma Mahmudova maşından əlini çəkərək şoudan gedib.
Əsmətxanım
Telegram kanalımız