Orta məktəbdə direktoruna cərimə yazılıb? - Nazirliyi məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Orta məktəbdə direktoruna cərimə yazılıb? - Nazirliyi məhkəməyə verdi

Sosial

06 Avqust 2023 09:56 1035


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məhkəməyə verilib.

Ələkbərova Mehriban Rəcəb qızı barəsində idarəçilik qaydaları əleyhinə olan (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir. Sezar pizza

Mehriban Ələkbərova nazirliyin qərarından məhkəməyə şikayət edib. İşə Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Mehriban Ələkbərovanın 158 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işlədiyi deyilir. \\Valyuta.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!