Özbəkistanda üç gün ərzində dörd mindən çox vətəndaş xəstəxanalara yerləşdirilib. Buna səbəb ölkə ərazisində müşahidə edilən anomal istilərdir.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, respublikada havanın temperaturu 47 dərəcəyə çatır. Havanın yüksək hərarəti hipertoniya, astma və digər xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olub. Toyuqlu pizza
Qeyd edək ki, Özbəkistanda iyunun 25-dən avqustun 5-dək olan dövr ilin ən isti vaxtı sayılır və xalq arasında “çillə” adlandırılır.
Həkimlər ölkə sakinlərinə və qonaqlara bu müddətdə çox zərurət olmadıqca gün ərzində küçəyə çıxmamağı, pəhriz saxlamağı və bol maye qəbul etməyi tövsiyə edirlər.
Telegram kanalımız