“Özümə yaxşı ölüm arzulayıram...” -   AĞAMİRZƏ

saytların hazırlanması

Evə çatdırılma

“Özümə yaxşı ölüm arzulayıram...” - AĞAMİRZƏ

Şou

27 May 2025 14:09 347


“Həyat mənim üçün 5 dəqiqəlik bir şeydir. Buradan oraya keçməkdir, bu qədər. Hərdən ölümü özümə elə arzulayıram ki... Yaxşı ölüm arzulayıram”.

Yenisabah.az xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov “Qapqara” yutub layihəsində deyib.

“İstəyirəm hər şeydən canım qurtarsın. Pis insanlardan, fitvalardan və nələrdən-nələrdən... Təkcə çalışdığım sahə yox, həyatın özü də söz-söhbətlidir. Buradan Maştağaya gedənədək yolda neçə nəfərlə mübahisə edəsən? Mən eləmirəm, fikirləşirəm ki, bəlkə, evdə xəstəsi var, uşağı xəstələnib, bəlkə, mədəsi sancılanıb, ya fikirlidir, bəlkə, hələ dəlidir? Səbirli olmaq daha yaxşıdır”, - o bildirib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!