Paşinyan Annadan geyiminə görə AYRILIB? - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Annadan geyiminə görə AYRILIB? - FOTO

Dünya

19 Mart 2026 14:51 912


Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan uzun illər davam edən ailə həyatından sonra ayrıldıqlarını açıqlayıblar.

“Yeni Sabah” Milli.az-a istinadən xəbər verir ki, baş nazir sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib ki, onlar təxminən 30 il birlikdə olublar və bu müddətdə Anna Akopyan onun üçün ən böyük dəstək olub. Bununla yanaşı, münasibətlərdə yaranan problemlərin nəticədə belə bir qərarın verilməsinə səbəb olduğunu qeyd edib.

Ayrılığın səbəbləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi siyasi ekspertlər bu hadisəni son dövrlərdə yaşanan diplomatik gərginliklərlə əlaqələndirir. Xüsusilə, 2025-ci ilin avqustunda keçirilən beynəlxalq tədbirlərdən sonra yaranan vəziyyətin münasibətlərə təsir etdiyi iddia olunur. Sezar pizza

Digər iddialara görə, Anna Akopyanın bəzi rəsmi səfərlərdəki davranışları və görünüşü müəyyən dairələrdə narazılıq doğurub. Lakin bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.

Məlumatlara əsasən, Anna Akopyan artıq hökumət iqamətgahını tərk edib və ayrıca yaşayışa başlayıb. Onun bundan sonra da xeyriyyə fəaliyyəti ilə məşğul olacağı bildirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!